XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



“Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır”-MN
Gündəm 21:28 / 05.01.2022

Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən  verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, - Nazirlik qeyd edib.


4625 oxunub

InvestAZ