XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Mağazadan oğurluq edənlər TUTULDU - FOTO+VİDEO
KRİMİNAL 20:14 / 04.01.2022

Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar.

Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini, ona məxsus mağazadan qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3 170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.

Faktlar bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.


5101 oxunub

InvestAZ