XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Bir ailənin beş üzvü qəzaya düşdü...
KRİMİNAL 17:07 / 03.01.2022

Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

Bu barədə  Yenisəs.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır


8308 oxunub

InvestAZ