XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



3 əsgərimizin qətli ilə bağlı cinayət işi başlandı - Rəsmi
HÜQUQ 21:22 / 02.01.2022

Bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.

Yenisəs.az  bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərə­findən hadisə yerinə baxış keçirilib, o cümlədən, digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.



12997 oxunub

InvestAZ