Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax magistralında baş verən hadisə barədə açıqlama verib.
Qurumdan bildirilib ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində olub:
"İlkin məlumata görə, altı avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Hadisə nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var”.(oxu.az)
***
Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.
APA-nın verdiyi məlumata görə, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.