XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



İlham Əliyev: “Azərbaycanda pandemiya tam nəzarət altındadır” - VİDEO
Gündəm 20:04 / 01.01.2022

"Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir”.

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: "Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq iki doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.


11276 oxunub

InvestAZ