XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Hərbi quruculuq sahəsindəki uğurlu addımlar
Gündəm 13:20 / 28.12.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin açılışında söylədikləri Ordumuzun əsgər və zabitlərinə, onların şücaətinə qəhrəmanlığına verdiyi yüksək qiymətdən xəbər verir. Prezident qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bu hissənin açılışı çox əhəmiyyətlidir”.

Yenisəs.az  bildirir  ki, bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, son illər ordu quruculuğu sahəsində həyata keçirilən çox mühüm tədbirlər, hərbiçilərə xidmət səviyyəsinin yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli, kadr hazırlığı, vətənpərvərlik ruhunun yüksəldilməsi 44 günlük müharibədə parlaq qələbəmizi təmin etdi:

” Son illər 2200-dən çox hərbiçi dövlət tərəfindən mənzillə təmin edilib. Bu ilin sonuna kimi 130 hərbiçi ailəsinə də yeni mənzillərin verilməsi qərara alınıb. Azərbaycanın müxtəlif ərazilərində yeni hərbi hissələr, şəhərciklər salınır. Hərbi quruculuq işləri ordumuzun gündən-günə gücləndirilməsinə göstərilən diqqət və qayğının ifadəsidir. Ölkə rəhbəri Hadrut qəsəbəsinin düşməndən azad edilməsini mühüm hadisə kimi qeyd etməklə Hadrutdan sonra Şuşaya yol açıldığından xəbər verdi. Hadrut düşməndən azad edilməsə idi, Şuşaya çatmaq çətin olardı. Halbuki Şuşa artıq dastana çevrilib. Elə buna görə də strateji mövqeyə malik olan Hadrutda belə bir hərbi hissənin açılması əlbəttə ki, hər bir vətəndaşı ürəkdən sevindirir. Bu sevinci Ali Baş Komandan daha çox yaşayır, qeyd edir ki, biz hər zaman müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq. Buna heç bir şübhə ola bilməz. Çünki dövlətimizin başçısı verdiyi vədə, sözə əmindir. Hərkəsə məlumdur ki, o hər addımında qətiyyətlidir”.


16399 oxunub

InvestAZ