XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Taksi sürücüləri qəza törətdi
KRİMİNAL 09:53 / 27.12.2021

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Yenisəs.az  xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdiabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Cəmaləddin Şahlar oğlu Vəliyevin idarə etdiyi "AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Ramin Sabir oğlu Vəliyevin idarə etdiyi "Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


10584 oxunub

InvestAZ