XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Prezidentdən döyüş bayrağını alan Komando briqadasının komandiri kimdir? - VİDEO
HÜQUQ 20:29 / 25.12.2021

Ötən gün Hadrut qəsəbəsində Komando Briqadasının hərbi hissəsinin açılışı oldu.

Prezident İlham Əliyevdən döyüş bayrağını alan Komando Briqadasının komandiri, polkovnik Elşən Sanayev mərasimdə göstərdiyi xüsusi peşəkarlıqla yadda qaldı.

Hadrutda Komando Briqadasının hərbi hissəsinin təntənəli açılışı zamanı çıxış edən polkovnik Elşən Sanayev kimdir?

Polkovnik Elşən Sanayev Vətən müharibəsi iştirakçısıdır. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb. O, "Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Qusarda anadan olan zabitin 45 yaşı var.


7139 oxunub

InvestAZ