XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



DSX əməliyyat keçirib, saxlanılanlar var -FOTO
Gündəm 19:08 / 24.12.2021

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılanlar var.


Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.


Bildirilib ki, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu "Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.


Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.


Onların üzərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər "mari­xuana” aşkarlanıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini, 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.


11614 oxunub

InvestAZ