XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



"Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir" - Anar Kərimov
Gündəm 12:00 / 21.12.2021

İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir.


Yenisəs.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.


A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı elan edilməsi idi:

"Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda "yumşaq güc"lə qayıdıb”, - deyə A.Kərimov bildirib.


O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub:

"Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, - deyə nazir bildirb.(trend)


4766 oxunub

InvestAZ