XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Nazir: - Mina xəritələri tam dəqiq deyil
HÜQUQ 10:57 / 16.12.2021

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Yenisəs.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan ərazilərini bərpa etmiş bir dövlətdir:

"Bu, bir-iki günün işi deyil. Bu qələbə çox böyük qələbədir. Qalib xalq, Müzəffər Ali Baş Komandan sözlərini elə belə demirəm. 44 gün ərzində vəhşicəsinə olan bir işğala son verildi. Onların ötən əsrin 90-cı illərində etdiyi vəhşiliklərin üstü indi açılır. Onların verdiyi mina xəritələri də tam dəqiq deyil".

"Azad edilmiş ərazilərdə indi quruculuq işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, minatəmizləmə əməliyyatları ilə bağlı alay yaradılıb, avadanlıqlar alınıb, xüsusi itlər hazırlanır. Min illərdir ki, həmin ərazilər Azərbaycan torpağıdır", - nazir bildirib.


10752 oxunub

InvestAZ