XƏBƏR LENTİ
23 Yanvar 2022
22 Yanvar 2022
21 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU: - ÜRƏYİM ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 08:44 / 02.12.2021

Gülümsə üzümə içim sevinsin,
Bir içim təbəssüm içim , sevinsin...
Onu varlığıma biçim, sevinsin -
Ürəyim!
Keçim kirpiyinin altında durum
Komamı o kirpik altında qurum...
Bitsin vüsal ilə mənim qəm turum -
Ürəyim!
Ömrümə açılan səhər kimi, sən
Özün də ömrümdə səhər kimisən!
Səninlə sevilən şəhər kimisən -
Ürəyim!
Sığınıb qalıbdı gözüm gözündə,
Qorranır səssizcə közüm közündə...
Yuvamız bir sinə - özüm özündə -
Ürəyim!

5185 oxunub

InvestAZ