XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Prezident həlak olanların dəfni ilə bağlı tapşırıqlar verdi
Gündəm 22:14 / 30.11.2021

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dəfn tədbirləri sabah valideynlərlə məsləhətləşilməklə həyata keçiriləcək”.

Yenisəs.az bildirir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, helikopter qəzasında həlak olan hərbçilərə şəhid statusu verilib-verilməyəcəyinə də aydınlıq gətirib: "Qanunvericilik hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara aktomatik olaraq şəhid statusunun verilməsini nəzərdə tutur”.


4170 oxunub

InvestAZ