XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022



İbrahim Yusifoğlu :- ŞEİRLƏR
Ədəbiyyat 10:54 / 29.11.2021


Bakı küləyi

Sanki,bəd qaynana fağır gəlinə,

Hayqırırb səslənir,doymur ürəyi.

Zalımlıq fürsəti düşüb əlinə,

Həm asır, həm kəsir Bakı küləyi,

Yamanca sərt əsir Bakı küləyi.

***

Göy üzü büsbütün bələnib toza,

Günəşin al rəngi,bülənib boza,

Həyatı döndərib içi boş qoza,

Həm atır ,həm tutur xəlbir, ələyi.

Yamanca bərk əsir Bakı küləyi.

***

Dəniz çalxalanır,aşır səddini,

Köklü ağacların bükür qəddini.

Cığal adam kimi keçir həddini,

Dizi üstündədi duzu,çörəyi,

Yamanca tərs əsir Bakı küləyi.

***

Gəlir…uzaqlardan atlanıb gəlir,

Təbiət əzaba qatlanıb gəlir,

Qorxuya ,haraya şadlanıb gəlir.

Yıxıb - dağıtmaqdı istək, diləyi,

Yamanca pərt əsir Bakı küləyi

***

Bir səbəb tapılmır davalarına ,

Oynadır xəzəli havalarına,

Edilən hər Tanrı dualarına,

Yumşalır,səngiyir çılğın ürəyi,

Yavaş-yavaş kəsir Bakı küləyi…

25.11.2021


2962 oxunub

InvestAZ