XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - MƏNƏ ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 08:21 / 25.11.2021

Mənə xoş ovqat da, xoş an da düşmür-
Çırpınmaq yazılıb, kədərdə mənə!
Hətda sözü-sözə qoşanda, düşmür -
Bir anlıq təbəssüm qədər də mənə!
Ürəyi dilimə kökləyib qələm
İstədi önünə gülərüz gələm...
İstehza damğası- qazandım sələm-
Dəydi tənə dolu xətərdə mənə!
Günahın ölçüsü Allaha bəlli
Xəyal da, yuxu da boş bir təsəlli...
Söndür işığımı, qaralt beş əlli -
Yaraşır, lap bundan betər də mənə!

1666 oxunub

InvestAZ