XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Nazir müavini bahalaşmanın səbəbini açıqladı
İqtisadiyyat 20:10 / 23.11.2021

Azərbaycanda məhsulların qiymətinin artmasına səbəb idxal məhsullarıdır.

Yenisəs.az  xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

"İstehsalda o malların qiymətində artım müşahidə edilir ki, onların hazırlanması üçün lazım olan xammal idxal edilir.  Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdəndir”, - deyə Sevinc Həsənova əlavə edib.

Sevinc Həsənova qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb:

"Odur ki, ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar olmalıdır”. 

O bildirib ki, 2022-ci ildə qiymət artımı səngiyəcək.


2170 oxunub

InvestAZ