XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



2334 nəfər COVID-19-a yoluxub - 25 nəfər ölüb
Sağlamlıq 20:01 / 12.11.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan   Yenisəs. az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib, aktiv xəstə sayı 30 928 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, ötən müddət ərzində isə ümumilikdə 5 334 410 test aparılıb.


9201 oxunub

InvestAZ