XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Lavrovdan Nur-Sultana xəbərdarlıq: "Rusdilli əhaliyə qarşı..."
DÜNYA 09:24 / 09.11.2021

Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ayrı-ayrı ksenofobiya faktları Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyır.

Yenisəs.az  bildirir  ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir: "Təəssüf ki, son vaxtlar biz Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ksenofobiyanın bir sıra əks-səda doğuran təzahürlərinə şahid olduq. Bu hallar əsasən xaricdən xüsusi informasiya texnikasının istifadəsinin nəticəsidir ki, bu da kiçik şəhərlərdə millətçiliyin aşılanmasına və Rusiya ilə əməkdaşlığın gözdən salınmasına yönəlib".

Bununla belə, nazir qeyd edib ki, Nur-Sultanla ikitərəfli münasibətlərin səviyyəsi hər bir narahatlıq yaradan hadisə üçün birgə operativ tədbir görməyə imkan verir.(teleqraf.com)




1652 oxunub

InvestAZ