XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Avstraliya Baş nazirindən Makrona sərt cavab
DÜNYA 09:46 / 03.11.2021

Fransa Prezidenti Emmanuel Makronun Avstraliya və ölkəsi arasındakı sualtı gəmilərlə bağlı müqavilənin ləğvi ilə bağlı açıqlamalarına reaksiya verən Avstraliya Baş naziri Skott Morrison onun təhqiramiz fikirlərinə qəbul etməyəcəyini bildirib.

Yenisəs.az xəbər verir ki, baş nazir Fransanın bundan küsdüyünü bildirərək, şəxsinə ünvanlanmış tənqidləri qəbul etdiyini, amma ölkəsinə yönəlmiş təhqir və alçaltmalarına dözməyəcəyini deyib.

"Çiyinlərim genişdir, bununla (ittihamlarla) məşğul ola bilərəm. Amma Avstraliyanın alçaldılmasına icazə verməyəcəyəm. Avstraliyanı böhtanlarla qaralanmasına imkan verməyəcəyəm”, - Morrison söyləyib.


7101 oxunub

InvestAZ