XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



Ağ Evin mətbuat katibi koronaya yoluxdu
DÜNYA 09:22 / 01.11.2021

Ağ Evin mətbuat katibi Cen Psakidə koronavirus aşkarlanıb.

Yenisəs.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Psaki ailə üzvlərində və özündə virusun aşkarlanması səbəbindən çərşənbə günü Ağ Evin yüksək vəzifəli məmurları və tibb qrupu ilə razılaşdıraraq prezidentlə xaricə səyahət etməmək qərarına gəlib.

O, karantin rejimində olduğunu, bir neçə gün COVID-19 üçün mənfi testlərdən keçdiyini qeyd edib. Ancaq dünən Psakinin koronavirus testinin nəticələri müsbət olub.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birincidir


3327 oxunub

InvestAZ