Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilib.
Bu barədə Türkiyə KİV-ləri məlumat verib.
Məlumata əsasən, görüş "Nuvola" konqres mərkəzində mətbuata qapalı rejimdə baş tutub. Bildirilir ki, görüş təxminən 50 dəqiqə davam edib.