XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Koronavirusla bağlı son vəziyyət açıqlandı
Sağlamlıq 19:59 / 31.10.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 531 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib, aktiv xəstə sayı 30 117 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 697, ötən müddət ərzində isə ümumilikdə 5 195 536 test aparılıb.



11694 oxunub

InvestAZ