XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU :-ADAM
Ədəbiyyat 08:15 / 27.10.2021

Hələ ki . döymür qapımı
Ağzı dualı bir Adam...
Bu son gücümü, tabımı -
Eyləyə Araz, Kür Adam!
İçimdə lili qaranlıq
Laldı, bu dilli qaranlıq!
De ki, sevgidən yarandıq-
Hər an sevgiyik, pir Adam!
Seçməmişəm sevinc, kədər
Özü yazıb, özü, qədər!
Allahımın özü qədər-
Sirsən, sən mənə, sirr, Adam!
Sayma eşqi sən beh kimi -
Gözlrimi öp, şeh kimi.
Yaxam açıq, sən meh kimi -
Gəl qoynuma, gəl, gir, Adam!



2439 oxunub

InvestAZ