XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



QAÇA BİLMƏZSƏN -Əbülfət MƏDƏTOĞLU yazır (Duyğu kökənli ovqat şeiri)
Ədəbiyyat 09:57 / 23.10.2021
QAÇA BİLMƏZSƏN
(Duyğu kökənli ovqat şeiri)
Dərman, həm də həkimsən
Bu dünyada TƏKimsən!
Sən sevməyə təhkimsən -
Qaça bilməzsən ondan!
Olmayaydı , -demə kaş...
Bil, itgidi ötən yaş!
Ömrün boyu sən də, baş -
Aça bilməzsən ondan!
Ah calaqlı, ah!- da gül
Gül ətri var, ahda, gül!
Sən qədərə bax , da gül -
Qaça bilməzsən ondan!
Bu gerçəkdi yüzdə yüz
Qalıb çöldə, düzdə düz...
Ha desən də əlni üz! -
Qaça bilməzsən ondan...

3995 oxunub

InvestAZ