XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



ATILMIŞ ADAM - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 10:33 / 17.10.2021

Mən Qibləsi bəndə olan
Qırıq,qırıq dəndən olan...
Varlığı da səndən olan -
Bükülüb atılmış adam...
Yerə yamaq, göyə ləkə
Nə yeriyə, nə də səkə...
Yaratmısan fikir çəkə! -
Sökülüb atılmış adam...
Vurub atır əl ayağa
Dolaşdıqca əl, ayağa!
Oxşamır heç bir boyağa -
Tökülüb , atılmış adam.
Sıxıb ürək cinahından,
Şirə çəkir gün ahından.
Allah, sənin günahından -
Bükülüb, atılmış adam!



4577 oxunub

InvestAZ