XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



“Azərbaycan Naxçıvanla əlaqə quracaq” - Paşinyandan önəmli açıqlama
SİYASƏT 19:36 / 15.10.2021

Oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı önəmli fikir söyləyib.

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, Paşinyan ilk dəfə Azərbaycana Zəngəzur ərazisilə Naxçıvana dəmir yolu ilə bərabər avtomobil yolunun da veriləcəyini söyləyib: "Komunikasiyaların açılması nəticəsində Ermənistan Azərbaycan vasitəsilə Rusiyayla dəmir yolu və avtomobil yolu əlaqəsi, İranla isə dəmir yolu əlaqəsi əldə edəcək. Azərbaycan isə Ermənistan ərazisilə Naxçıvanla dəmir yolu və avtomobil yolu əlaqəsi quracaq. Biz, nəqliyyat komunikasiyalarının açılmasına dair o ssenariləri müdafiə edirik ki, onlar sülhün bərqərar olması simvolu və vasitəsinə çevriləcək, düşmənçilik və təcrid yox.”

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı konfiqurasiyası və Zəngəzur dəhlizi baxımından kifayət qədər əhəmiyyətlidir. Belə ki, indiyə qədər diplomatik mənbələrdən sızan məlumatlarda Ermənistanın Zəngəzur dəhlizi ilə dəmir yol xəttinin açılmasına razılaşsa da, avtomobil yoluna razılıq vermədiyi bildirilirdi.

Baxmayaraq ki, 10 noyabr sazişində Naxçıvanla quru əlaqəsi də daxil olmaqla, bütün komunikasiyaların açılmasına dair bənd var. Paşinyanın son açıqlaması göstərir ki, Ermənistan bu məsələdə geri çəkilməyə məcbur olub və 10 noyabr sazişinin bəndlərindən birinin yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atmağa hazırdır.



3631 oxunub

InvestAZ