XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Sülhməramlılar da köçün qarşısını ala bilmir.
Gündəm 13:17 / 15.10.2021

"Xankəndi və ətrafında yaşayan ermənilərin sayı hiss ediləcək səviyyədə azalıb”.

Yenisəs.az Teleqraf.com- a istinadla  xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Haraparaq” qəzeti məlumat yayıb.

Erməni nəşri müharibədən sonra bölgədəki ermənilər arasında ciddi demoqrafik böhranın yaşandığını bildirib:

"Qarabağda yerləşdirilmiş rus sülhməramlıları və Rusiya hakimiyyəti Qarabağdan kənara kütləvi axından son dərəcə narahatdır. Bölgədə sülhməramlıların yerləşdirilməsi başa çatıb. Amma indi məlum olur ki, Qarabağdakı ermənilərin sayı xeyli azalıb. Buna görə də, sülhməramlıların fəaliyyəti məsələsi havada qala bilər”.

Qəzet sülhməramlıların ermənilərin kütləvi şəkildə bölgədən getməsinin qarşısını ala bilmədiyini yazıb.


1947 oxunub

InvestAZ