XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Putindən qəribə reaksiya: “Qarşımdakı bu gözəl qadın...”
DÜNYA 10:34 / 15.10.2021

Rusiya Prezidenti Vladimir Putinin müsahibə verdiyi ABŞ-ın CNBC telekanalının aparıcısı Hedli Gembla verdiyi reaksiya müzakirə mövzusu olub.

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, amerikalı jurnalist Putindən Rusiyanın Avropaya qaz tədarükü barədə soruşub.

Rusiya lideri Hedlinin sualını cavablandırıb. Amma jurnalist bu sualı növbəti dəfə təkrarlayanda Putin xanım aparıcının onu dinləmədiyini deyib:

"Qarşımda mənim dediklərimi eşitməmiş kimi sualı təkrarlayan gözəl bir qadın var. Cavabı təkrarlayacağam. Heç kim qulaq asmaq istəmir. İstədikləri tək şey Rusiyaya qarşı ittihamlar irəli sürməkdir”.

Hedli Putinin bu reaksiyasına gülümsəməklə cavab verib.

Putin Rusiyanın Avropa ilə qaz müqavilələri bağlamaqda qərarlı olduğunu və Avropaya qaz tədarükünü artırmaq üçün çalışdığını vurğulayıb. O, Moskvanın enerji reusurslarından silah kimi istifadə etdiyi iddialarını rədd edib və bu cür bəyanatları siyasi motivli hesab etdiyini deyib.


2388 oxunub

InvestAZ