XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



İrandan Rusiyaya qanunsuz aparılan dərmanlar müsadirə edildi
KRİMİNAL 20:48 / 14.10.2021

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "xurma" yükü aparan "Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Bu barədə Yenisəs.az -a DGK-dan məlumat verilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


2287 oxunub

InvestAZ