XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Pozulmuş əməliyyat - Əlisəfa AZAYEV Hekayə
Ədəbiyyat 09:42 / 12.10.2021


Oğlu şəhid olandan sonra Abdul kişinin gecəsi-gündüzü yox idi. Bu narahatlığını da müxtəlif yerlərə yozurdular. Biri deyərdi ki, artıq qocalıb, başı xarab olub... Biri deyərdi ki, dərdən yolunu azıb, ermənilərə satılıb...Bir gün də cəbhə zonasında sərkərdan

gəzərək, axşam evə o əslində üç qumbara ilə qayıtdı. Dost-tanışları görcək onları sorğu-suala tutur, soruşurdu:

- Bunları necə atmaq olur?

- ...

- Bilmək istəyirəm də...

- ...

- Bir deyin də...

Əlacsız qalanlar ondan qumbaranın birini alıb, dedilər:

- Bax belə... belə... bir də belə... Sonra tullayırsan da... Çox da əldə saxlamaq olmaz.

Belə söhbətlər kişini təmin etmədi, dedi:

- Yox... Aydın de, izah elə.

Qarayanız cavan oğlan söz-söhbətinə, izahatına aydınlıq gətirməyə çalışdı!

- Belə də...Əvvəl bu düyməni- zapalı sıxırsan, sonra kolitsonu-üzükvarini çəkib,

dərhal tullayırsan...

- ...

- Onu bundan sonra çox da əldə saxlamaq olmaz. Əlində partlaya bilər. Kişi

gülümsədi:

- Başa düşürəm... Cini buraxandan sonra hər şey ola bilər.

- Zapalı buraxmasan qorxusuzdu...

- Yenə də...

- Hə də... Nə qədər əldə saxlamaq olar ki...

Axşam evə gələndə həyat yoldaşı Yaxşıxanım qorxmuş, həyəcanlı halda soruşdu:

- A kişi, əlindəki bu uşaq oyuncaqları nədi?!.

- Danışdı da... Bunun hər biri ilə neçə düşmən gəbərtmək olar.

Qadın onu qınadı:

- Yox a... Ayaq üsündə dura bilmirsən. Yoxsa bunlarla erməniləri qorxutmaq fikirinə

düşmüsən?

- Sözdü... Deyirəm də ...

- Ağlını başına yığ, daha sənin o vaxtın keçibe. Camatı bizə güldürmə...

Kişi ondan incimiş halda uzaqlaşır, gileyləndi:

- Gördü heç... Soruşur ki, bunları neyləyəcəm... Yox, biz bunlarla qoz

sındıracağam...

Qadın onun bu sözlərini eşidib, narazı halda öz-özünə gileyləndi:

- Bax, danışdı da... Elə düz deyirlər ki, bunun başı xarab olub... Dərdli adamdı da...

Səhər süb tezdən ərinin evdən çıxıb, atlarını minmək istədiyini görəndə lap haldan çıxan kimi oldu, səsləndi:

- Nə edirsən, ay saqqalı ağarmış?

- Deyirsən ki,minə bilmərəm?

- Yox...

- Baxarıq...

Kişinin doxsandan yuxarı yaşı vardı. Daha yaş o yaş deyildi. Qıvraq vaxtları çoxdan ötüb keçmişdi. Arvadı onu qınayanda lap kövrələn kimi oldu... Ancaq yenə də inadından əl çəkmədi. Qadın səsləndi:

- Burax da o atı... Səni təpikləyəcək, yıxacaq...

- Yıxmaz...

Güc - bəla ilə atı minsə də, onun üstündə çox da dayana bilmədi. Əli yalından çıxdı,

kişi kişi yerə yıxıldı... Arvad bu an çığıraraq o tərəfə qaçanda, kişi yenə ona acıqlandı:

- Çəkil... Az qıy- qışqırıq sal... Mənə nolub ki... Hələ məşq edirəm...

- Bıy ... Başıma xeyir... vallah ki, bunun ağlı elə çaşıb, dəli olub... - Deyə qadın gözləri yaşarmış halda ondan kənarda dayanmaq istəsə də, ürəyi dözmədi, soruşdu:

- Əzilməmisən ki?...

- Dedim ki, yox da...

Ancaq kişi heç də əvvəlkinə oxşamırdı. Yeriyəndə qıçını çəkir, belini bükürdü... Onu sonrakı günlər də həmən kəhər atını minməyə səy göstərdiyini gördülər. Sanki at da onun bu hərəkətlərini görüb, əvvəllər ərkəsöyünlük etsə, tullanıb-düşsə, təpikləsə, kişnəsə də, son vaxtlar əlacsız qalıb sakit olur, ona tabe olurdu...

Qadın hər dəfə ona baxanda ağır dərd içində deyib təkrar edərdi:

- Yaxşı...

- ...

- İnad edirsən də...

- ...

- Heç olmasa onu yəhərlə, bir rahat otur...

- Yox...

- Niyə ki?

- Belə yaxşıdı...

- Vallah elə sən ağlını tamam itirmisən. Qocalan vaxt cavanlıx edirsən.Cavan

oğlansan bəyəm?..

Kişı bu anlar atı minib kənd arası çapar, səslənərdi:

- Qoymayın!...

- ...

- Tutun!...

- ...

- Bu at öldürəcək məni!...

Hətta hərdən bilərəkdən , ya çaşmış halda bu sözləri lap ermənicə deyib onları heyrətləndirərdi. Bizdə də çuğulçular heç də az deyil. Bir gün də bu xəbəri icra nümayəndəsinə çatdərdılar. Seyfi kişi lap heyrət içində qaldı:

- Deyirsən ki, bu sözləri ermənicə deyib –danışır?

- Hə... Öz qulaqlarımla eşitmişəm.

Kişi nə qədər inam gətirsə də, müsahibinin bu sözlərinə inanmadı. Abdul kişinin az-çox tanıyırdı. Yeganə oğlu şəhid olmuşdu. Ermənilərə satılmazdı. Ancaq onun bu sözlərini, müraciətlərini bir gün də özü eşidəndə, həddən ziyadə heyrətləndi. "Aman Allah... Bu bəlkə erməni agentidi... Dərd insanı hər bir yola sala bilər...”

Kənd sakinləri Abdul kişinin bu hərəkətlərini, söz-söhbətlərini eşidib haldan çıxır, gileylənirdilər:

- Bu da ağsaqqalımız...

- ...

- Daha cavanları ne qınayasan?...

- Bu sözləri eşidəndən sonra cəbhədə, səngərdə duruş gətirməyəcəklər də...

İcra nümayəndəsi əlacsız qalıb onu qınadı... Kişi yenə də sakitləşənə oxşamadı. Elə hey deyirdi:

- Bir gün biləcəksiniz...

- ...

- Mənim də öz planım var.

Seyfi kişi əlacsız qalıb bir gün də onun evinə gəldi. Arvadı hiddətlənib dedi:

- Elə bizi də boğaza yığıb. Daha əlacımız nədi... Gərək yerə yıxıb əl-qolunu bağlayaq da...

- ...

- Ağzını skoçlayaq ki, səsi çıxmasın...

- ...

- Görünür köhnə qonşumuz Sıranuş, onun dolması üçün darıxıb da...

Arvadının ona lağ etməsi kişiyə toxunan kimi oldu. Kənd icra nümayəndəsi gedəndən sonra kövrəlmiş, gözləri dolmuş halda onu qınadı:

- Bu nə sözlər idi dedin?!...

- ...

- Axı mən sənin ərinəm!...

- ...

- Şəhid atasıyam!...

Bir gün də kəndə xəbər yayıldı ki, erməni dəstələri bitərəf zonada toplaşır. Güclü hücum əməliyyatı planlaşdırıblar... Qoca yenə də kəhər atını minib ora-bura çapdı,öz sözlərini ərköyün uşaq kimi, tutuquşu tək dedi, təkrar etdi:

- Qoymayın!...

- ...

- Tutub saxlayın!...

- ...

- Bu at məni öldürəcək!...

Qadın ağlar səslə göz yaşları içində ona dedi:

- Qurban olum sənə, başına dönüm ... Ayıbdı axı... Heç olmasa bu sözləri ermənicə

deyib, camaatı bizə güldürmə...

- Yaxşı...

- İnanan daşa dönsün...

- ...

- Sənin çənən çətin sakit dayanar...

Bir gün də onun atını çaparaq bitərəf zonaya, erməni səngərlərinə tərəf çapdığını gördülər... Bizimkilər nə qədər çalışsalar da onu saxlaya bilmədilər. Sürətlə gedən at toz-torpaq qaldırırdı ha... Uzaqdan səsləndilər:

- Hara?!.Hara?!.

- ...

- Ora!.. O zonaya olmaz!..

- ...

- Minalanmış sahədi!..

Sonra da erməni tərəfində qıy-qışqırıq qalxdı:

- On kuda?!

- On sumaşedşiy!..

- Atmayın!.. Vurmayın!.. Bizim dildə danışır...

Seyfi kişi isə atını hələ uzaqdan yüksəklikdən gördüyü erməni dəstələrinə tərəf çapmaqda idi...

Çatan kimi də əvvəl qumbaralardan birini döyüş hazırlığı vəziyyətinə gətirərək səsləndi:

- Görüm sizi lənətə gələsiz!.. Bu oğlumun qanı əvəzi!...

- ...

- Bu mənim!...

- ...

- Bu da!...

Üçüncüsünü atanda artıq onun niyyətindən xəbər tutmuş ermənilər silaha sarıla bildilər, avtomatlar gurladı... Bağrışdılar:

- Vurun!..

- Beyte!...

- Bu terroristdi!...

Güllənin zərbələrindən onun əvvəl kəhər atı büdrəyib yıxıldı... Sonra da özü zərblə yerə çırpıldı... Bir müddət yerdə beləcə qalsa da, hələ də heç kim qorxudan ona yaxınlaşa bilmirdi. Vhiməli söz-söhbətlərini eşidirdi:

- Bax da...

- Uğas!

- Gör neçə asker oldurdu!..

- Amaliyyat pozuldu!...

Bir azdan ağır yaralı qocanı qan içində sürüyüb, azğın bir polkovnikin yanına gətirdilər. Onun üçün əsil mənada məhkəmə qurulmuşdu. Ermənilər hələ də vahimə içində pıçıldaşır, çığırıb-bağırırdılar:

- İtkilərimiz!.. Ölülərimiz çoxdur!..

- Yüzədək!..

- Bəlkə də daha çox!..

Bir mayor onu qapazlayaraq, polkovnikə xitabən səsləndi:

- Na gozlayırsız?!.Veşite!..

Polkovnik isə dilxor halda pıçıldadı:

- Darıxmayın ... Qoy desin... Danışsın... General da gəlir... Onu bura kim göndarib!...

Qocanın xırıltılı səsi eşidildi:

- Heç kim ...Könüllü... Özüm gəlmişəm...

- Sən xaç adamısan, yoxsa?!.

- Erməni deyiləm...

- Bəs bizim dili xaradan oyrənmisan?

Bu an erməni əsgərləri hiddətlənmiş halda sanki cır arı tək vızıldaşdılar. Polkovnik onlara qabardı:

- Tixo!...

- Molçite!..

- ...

- Niqadiyayi!.. Elə sizin saxlankarlığınız sabəbindan oldu bu. Narazı səslər, fikirlər

eşidildi:

- Biz na bilak...

- Elə bildik ki, ozmuzünkudu də... Onu at qaçırıb, saxlaya bilmir...

- Bizim dilda danışırdı da...

Bu an Seyfi kişi ağır yaralı olsa da, istər-istəməz gülümsədi, dodaqları qaçdı. Bu bir neçə kəlmə sözün ermənicə necə deyilməsini öyrənincə onunki ona gəlmişdi, hətta öz doğmaca arvadı da ondan şübhələnmiş, onu erməni agenti, satqın bilmişdi... İndi əsas o idi ki, ağır itgilərindən əlavə, ermənlərin əməliyyatı pozulmuş, hücüma keçə bilməyəcəkdilər.


3691 oxunub

InvestAZ