XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



DƏNİZ -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:58 / 12.10.2021

Danışdırır ruhumu
Üzümə gülən dəniz...
Əhvalımı fəhm ilə -
Anlayıb bilən dəniz...
Bir həsrət var içimdə
çatmır ona gücüm də!
Mənim dünyam biçimdə -
Ağrımı bölən dəniz...
Durdum üzü sahilə
İçim dolu ah ilə...
Eşq adlı günah ilə -
Bu mənəm ölən, dəniz!

3136 oxunub

InvestAZ