XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



İrandan Bakıya daha bir təhdid
SİYASƏT 09:59 / 06.10.2021

Azərbaycan təhlükəsizik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın.

Yenisəs.az  Musavat.com-a istinadən xəbər verir ki, bu təhdidvari cümlə İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi tərəfindən səslənib.

"Onların motivlərini, qeyri-qanuni (?) maraq və hədəflərini nəzərə alaraq, bütün bunların bölgədə rəqabətə yol açacağını və zərərli olacağını demək olar. Bundan başqa nə qədər burda xarici qüvvə varsa, onları qəbul edən ölkənin də bir o qədər asılılığı artır”, - deyə o bildirib.

Kamal Xərrazi yenə də bölgədə sionist rejimin başqa məqsədlər daşıdığını söyləyib və Azərbaycan rəhbərliyinin strateji səhvlərə yol verdiyini iddia edib.

Onun sözlərinə görə, vaxtilə İran rəhbərliyi Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyevə Silahlı Qüvvələri rəsmi Tehranın köməyi, onunla əməkdaşlıq əsasında qurmağı təklif edib.

"Lakin təəssüf ki, Heydər Əliyev bunu qəbul etmədi və nəticədə Azərbaycan xarici qüvvələrdən daha da asılı vəziyyətə düşdü”, - deyə İran rəsmisi maraqlı məlumat verib.


5535 oxunub

InvestAZ