XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Gürcüstandan İran –Ermənistan cütlüyünə səssiz münasibət: TIR –ları sərhəddə “ilişib”
DÜNYA 20:56 / 05.10.2021

Gürcüstandan  son günlər aktivləşən, daha doğrusu daha mehriban və məhrəm fazaya keçən İran –Ermənistan "məhəbbət”inə dolayısı ilə cavab verir. Hələ bizim Qarabağda başlatdığımız 44 günlük müharibədə Rusiyanın  silah və sursat yüklü avtomobillərinin ərazisindən keçməsini əngəlləyən Gürcüstan  "Gürcüstan – Ermənistanı sevir” sterotipini darmadağın etdi. Yəqin yadınızdadır: Müharibə başlayanda Gürcüstan Ermənistanla sərhəddi bağladı, İran isə Rusiyanın göndərdiyi silahları, hərbi texnikanı öz ərazisi vasitəsilə Ermənistana göndərdi. 


Adalet.az xəbər verir ki, məlumata görə, Gürcüstan yenidən öz ampulasındadır. Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb.


Bu barədə "news.am” yük maşınlarının sürücülərinə istinadən məlumat yayıb.
Sürücü Taron Markaryanın sözlərinə görə, Ermənistanın yük maşınları 10 günə yaxındır Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda qalıb: "Yolda təxminən 200-ə yaxın yük maşını dayanıb. Bizə keçməyə icazə verilmir. Bunun bir izahı var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qarşısında gürcü və Azərbaycan nömrəli maşınlar keçib gedir, bizə isə icazə verilmir”.


Sürücülərə bildiriblər ki, Lars yolu hələ bir həftə də bağlı qalacaq.
"Əraziyə Ermənistanın Gürcüstandakı səfiri gəlib polislərlə söhbət elədi və getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurdular, oradan belə cavab verdilər: maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Məmurlarımızın diqqətini çəkmək üçün yolu bağlayacağıq. Haradadır bizim dövlət?”, - sürücü Taron Markaryan vurğulayıb.
Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyub.
 Bu, İranın Azərbaycana qarşı aqressiyasının fonunda Gürcüstan tərəfdən İrana "şapalaq” təsiri bağışlayır.
Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb.


 Ermənistan hər zaman istənilən ölkəyə qarşı intriqa və ədavət aparmaqda maraqlıdı. Və bu da "böyük ermənistan” xülyasının gercəkləşməsindən irəli gəlir. Ermənistanın Gürcüstana qarşı "sürünən” təcavüz problemi barədə dəfələrlə yazılıb. SSRİ-nin dağılmasından sonra illər ərzində Ermənistan sərhədçiləri qanunsuz olaraq Gürcüstan-Ermənistan sərhəddini Gürcüstan tərəfə "sürüşdürür”lər.

Ərazilərin birində sərhədi 400 metrdən çox şimala çəkiblər və nəticədə gürcü ruhani və zəvvarların ziyarət edə bilmədikləri gürcü Xujabi monastırı erməni nəzarəti altına keçib. Digər ərazlərdə də sərhədin sürüşdürülməsi təxminən bu miqyasda baş verir.

Nəticə etibarilə Türkiyədən Azərbaycana qədər bütün Gürcüstan-Ermənistan sərhədi qanunsuz olaraq şimala "sürüşdürülüb”. Ermənistan hakimiyyəti Gürcüstanın onlarla kvadrat kilometr ərazisinə qanunsuz olaraq "sahiblik” edir. Bu, təkcə Gürcüstan və sərhəd bölgələrinin əhalisi üçün zərərli deyil, həm də sülh və təhlükəsizliyə təhdid də ola bilər. Həm də yalnız Gürcüstanda deyil, bütün Cənubi Qafqazda.

Məsələ bundadır ki, Ermənistan sərhədçiləri Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan sərhədlərinə bitişik əraziləri də qeyri-qanuni olaraq "sürüşdürür”. Nəticədə, indi bu ərazilərin Gürcüstan ərazisindəki "kəsişən" sərhəd əraziləri Ermənistan tərəfindən özbaşına irəli çəkilib.
Hə, birdə bir də gürcü xalqı 2008-ci ildə -avqust müharibəsində  Baqramyan batalyonunun "fəaliyyətini” unutmayıb.


1359 oxunub

InvestAZ