XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



MƏN -yazdı Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 11:46 / 04.10.2021

Yaddaşımdan asıb xəlbir
Olmuşam xəyalla əlbir...
Ürəyin istəsə gəl, bir -
Gör hansı hallardayam mən...
Yol ölçüb yorulmuş kimi
Kösövü qor olmuş kimi...
Havası sorulmuş kimi -
Yenə xəyallardayam mən...
Əlini əlimə yetir
Bəxt yenə imtahan edir...
Döyüşlər içimdə gedir -
Dərvişəm, yollardayam mən!..

5881 oxunub

InvestAZ