XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Xamenei Azərbaycanı açıq şəkildə təhdid etdi
SİYASƏT 20:06 / 03.10.2021

Xamenei Azərbayanı açıq şəkildə təhdid edir.

İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyir:

- İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və "xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu "sionist” iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar.

Xamenei ardınca "cəza” mesajını verir:

- Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər;

- Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək.

İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. "Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb.

Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır(axar.az)


3942 oxunub

InvestAZ