XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Saakaşvilinin ikinci arvadı: "Mən onun yeganə qadınıyam"
DÜNYA 18:48 / 03.10.2021

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsindən sonra Ukrayna Ali Radasının "Xalqın Xidmətçisi" partiyasından millət vəkili Yelizaveta Yasko siyasətçi ilə münasibətdə olduqlarını bildirib.

 

Yenisəs.az  bildirir  ki, Modern.az-ın  Gürcüstan mediasına istinadən verdiyi xəbərə  görə  Saakaşvilinin özü Gürcüstanda həbsdə olarkən, Yasko Truskavetsdədir.

 

"Dünən onunla hələ də əlaqə saxlayırdıq. Dünən baş verənlər, tutulması, həm şəxsi həm də siyasi baxımdan mənim üçün çox kədərlidir", - o yerli mətbuata açıqlamasında bildirib.

 

Millət vəkili bu münasibətlərin bir ildən çoxdur davam etdiyini söyləyib. Hətta Saakaşvilinin anasını və oğullarından birini tanıyır. Və eyni zamanda indi yanında olan yeganə qadın olduğunu bəyan edir.

 

"O, hələ ki evli deyil", Yasko deyib.

 

Qeyd edək ki, münasibətlət haqqında məlumat yayımlandıqdan sonra Yasko İnternetdə tənqid edilməyə başlayıb.

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Niderlanddandır. Həyat yoldaşlarının iki oğlu var - Eduard (1995 -ci il təvəllüdlü) və Nikoloz (2005 -ci il təvəllüdlü). Ailə iki həftə əvvəl Yunanıstanda tətildə idi. Sandra indi Tiflisdədir.


3999 oxunub

InvestAZ