XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Köhnə soyuducu - Əlisəfa Azayev yazır (Hekayə)
Ədəbiyyat 11:59 / 03.10.2021


 

-         İlan!... İlan!..

          Baş mühasib Gülsümün bu həyəcanlı sözlərinə hamı otaqdan çıxıb, ona tərəf qaçdı, tələsdi. İlk növbədə elə tikinti təşkilatının rəisi Veyis...

     -  Hanı?!-  deyə soruşdu.

- Soyuducuda idi!..

    Köhnə  soyducunun isə qapısı hələ də açıq idi. Rəis ora baxaraq gileyli halda

səsləndi:

-         Əgər belə idisə niyə qapısını  bağlamamısan?!.

-         Həyəcanlı idim...

-         Nə  İlan! İlan! - deyə qara-qışqırıq salmısan. Bəlkə sənin gördüyün bu olub?!-deyə o,

əlinə aldığı uzun bir paxla göyünü ona göstərərək qımışdı...

-                     Abrın olsun!- deyə qadın onun bu yersiz sözlərinə çınqıdı, incidi...

Fəhlələr, idarə işçiləri isə hələ də onu lağ eləməkdə idilər:

-         Bu həmişə belədi də ...

-         Hər şeydən  qorxur, ehtiyatlanır.

-         Ağöppəyin biridi də.

-         Ağcigərin...

-         Ey, ikisi də bir mənanı verən sözlərdi də...

 Gülsüm  otağına gəlib bir stəkan su içsə də, çox həyəcanlı, dilxor idi. Xüsusilə rəisin sözləri ona toxunan kimi  olmuşdu. Bir yandan da otağındakı köhnə soyuducu. Daha orada tək qalmaqdan qorxur, ehtiyatlanırdı.

        Rəis bir azdan onu yanına çağırıb gileyləndi:

-         Yox,  baxıram... Sən əvvəlki  adam  deyilsən. Başım  pozulan kimidi. Belkə arada

özünü  bir həkimə  göstərəsən .

Onların  arasında bir o qədər yaş fərqi  olmasa da, Veyisin dediyi sözlər   Gülşümə

toxunan, açıq gedın kimi  oldu. Səsləndi:

-         Sakit ol...

-         ...

-         Əyibdi...

-         ...

-         Bu da o deyil ki, o qədər  camaatın  içində  paxlanı mənə göstərir, peş çəkirsən.

Rəis onun bu sözlərinə  gülümsədi... Gülməkdən uğundu:

-         Ay səni... Yoxsa,  xətrinə dəyib?!.Elə  çoxu hirsimdən  dedim də .  Axşamdan da

yuxusuzam. Bu isti, bürkülü havada yenicə gözlərimi  yummuşdum ki,  bir hovur dincəlim. Sən də bir qı y-qışqırıq saldın ki,  qorxudan ödüm ağzıma gəldi. Elə bildim ki, ilan kimisə çalıb.

-         Elə vuranda deyəcəm sizə.

-         Yox a...

-         Vallah-billah,  o, ilan idi. Qaçdı...

-         Sənə belə gəlib...

-         Yox!

-         Qara basıb səni...

Qadın daha bir söz deməyib, incik halda otaqdan çıxdı. Heç kim ona inanmırdı. Elə

rəis  kimi işçilər də! Köməkçisi Nahidə dedi:

-         Bacı, bəlkə elə  həqiqətən sən ilan yox,  uzun  bir paxla görmüsənmiş?

-         Yerikləmişdim də...- Onun bu sözləri beləcə  qadına açıq getdi. Bu  söz-söhbəti birdəfəlik qapamaq, bağlamaq üçün dedi:

-         Hə, ola bilər... Xəstə adamam da ...

İşçilər isə sanki həvəsə gəlmişdilər, bu söz- söhbətə son qoymaq istəmirdilər:

-         Vallahi ki,  qorxan kimi olmuşsunuz.

-         Hələ  də rəng – ruhunuz üstünüzə gəlməyib.

-         Qorxu çox pis şeydir...

-         Bir də ki,  bu ilan  idisə hara getdi ey?...

-         Köhnə binadı da... Otaqda  o qədər  yırtıq deşik var ki...

Həmən gün Gülsüm  rahat ola  bilmədi.

Hara gedirdisə, nəyə baxırdısa gözləri önündə həmən "ala-bəzək lenta”  canlanırdı. Demək  olar ki, gecəni də rahat ola,  yata bilmədi.

         Özü ləyaqətli, bir xanım olsa da, ailə məsələlərində  çətinlikləri vardı. Son vaxtlar əri İbad içkiyə meyillənmiş,  oğlu "saqallılara” qoşulmuşdu. Bir çətinliyə düşən kimi onu  qorxudar. Suriyaya gedəcəyini  deyərdi.Məlum məsələ idi ki, orada da  vəziyyət  necə idi.  Müharibə gedirdi... Bu səbəbdən çox narahat  olub, dərd içində  boğulurdu...

Qadın səhər işə gələndə dünənki vəziyyət yenə təkrar olundu. Səs-küyü yenə də ətrafı başəna götürdü:

-         İlan!!. İlan!!.

Ancaq  bu dəfə cəld, fədkir olub  soyuducunun qapısını dərhal cırpıb bağlaya bilmişdi. Bu köhnə  soyudu əldəndüşmüş olsa da, idarədə  karlarına gəlirdi. Həyətyanı  tərəvəzlərdən  yığdıqları məhsulu oraya qoyar,  saxlayardılar. Kimə lazım olsaydı  istifadə edərdi.

-         Yenə nə qıy-qışqırıq  salmısan?!- deyə  rəis yenə  gileyləndi.

-         Elə mənə  inanmırdınız yenə gördüm ...İri bir gürzədi...

-         Gürzə?!.

-         Hə... soyuducunun qapısını dərhal bağladım.İçəridə qaldı.

Rəis sanki bir müddət ora  yaxınlaşmağa ehtiyatlandı. Qorxa-qorxa  qapını açanda isə birdən uşaq tək bağırdı:

-         Hanı?!. Hanı sənin  bu ilanın ?!...Burada ilan var?!

-         ...

-         Ay başdan ... o söz!.. Bəlkə sən bunu  görmüsən?! Deyə  rəis bu dəfə  əlinə iri bir xiyar alıb  göstərdi...

-         Yox...

-         Sənə bu lazımdı?...

-         Tfu!...- deyə qadın  onun  sözlərinə, üzünə tüpürdü. Hikkə ilə yan otağa keçib, 

hirsindən hönkür-hönkür ağlamağa başladı. İşçilər əlacsız qalıb, onu  sakitləşdirməyə  çalışdılar.

-         Ey... siz də...

-         Bəsdi də... o bizim  başcımız, ağsaqqalımızdı...

-         Onun sözlərindən bu qədər niyə inciyirsiniz ki?

Rəis qımışdı:

-         O mənə görə yox, özünə görə kövrəlib, ağlayır... Görünür həqiqətən də onun  gözləri

çox  zəifləyib... Hər şeyi ilan  cildində  görür.

Ağlayıb-sıtqasa da, qadın  lap xəcalət  çəkirdi. Nəinki rəisin, elə başqalarının da uzunə baxa  bilmirdi: "Həqiqətən də bu nə demək idi?!. O, dəli olmuşdumu?! Soyuducunun  qapısını da bağladı ilan idisə, orada olmalı idi...

         O, sarışın, ortaboylu, dolu bir  gəlin idi. Yar-yaraşıqda da pis deyildi. Bu söz-söhbətini, səs-küyünü  müxtəlif  yerə  yozanlar, deyib-danışanlar oldu. Xüsusilə bir yerə cəmləşən kimi onun  qeybətini qırır, danışırdılar:

-         Hamısı bəhanədi də...

-         Rəisi özünə cəlb etmək, yanına  çağırmaq istəyir.

-         İnanma...

-         Axı necə inanmayım?... ilan idisə bəs hanı?...

-         O, köhnə soyuducu isə hələ ki, onun  otağındadı... Çürüyüb-tökülüb, bir sağ issatı da

qalmayıb.

-         Elə dərd də budu da... ilan onun içinə soxula bilər...

-         Deyirsən də...

Üçüncü gün qadının yenə də həyəcanlı səsi eşidildi:

-         İlan!!! İlan!!!

-         İşçilər ora hay-küylə yığışanda yenə də  dil boğaza qoymadan deyib-

danışmaqda  idi:

-         Elə mənə inanmırdınız . Bu dəfə qapını lap bərk  bağladım. Kip örtüldü...Keçən səfər

yarımaçıq qalmışdı axı... indi heç cürə çıxa bilməz. Orada olacaq...

         Rəis onun  ünvanına  gileyləndi:

-         Allah bəlanı verməsin sənin... Yenə başladı da... Bax bu  işçilərin yanında deyirəm

sənə... Soyuducuda ilan olmasa, çıxmasa səni işdən  azad edəcək, evinizə yola salacağam...

-         Olsun...

-         Düzünü deyirəm ha...

-         Başa düşürəm...

-         Zarafat eləmirəm.

-         Bildim...

Ancaq di gəl ki, bu dəfə də soyuducunun qapısını açanda, orada ilan  görünmədi. Rəis

bu dəfə  hirsindən iri  uzinsov bir badımcanı  götürüb ona göstərərək bağırdı:

-         Bəlkə bunu görmüsən?!..Senə elə bu lazımdı!.. Bizi heç nədən dəng eləmisən!..

Qadın bu dəfə nə ağlayayıb- hönkürdü, nə də rəisə ağır bir söz dedi. Dərhal özünə

məxsus  şeylərini yığışdırıb, otaqdan çıxdı. İşçilər səsləndilər:

-         Gülsüm bacı!...

-         Hara?!..

-         Hara gedirsən?!

Rəis sözlərinə, hərəkətıərindən peşiman olsad da, daha bir söz deyə bilmədi.

Sürücüsünə dedi:

-         Hirslənib də... Hava çox istidi...Onu  evlərinə apar.

Qadın isə o qədər hirsli, əsəbi idi ki, yolda maşına  da minmədi. Sürücü hey təkrar

etməkdə, deməkdə idi:

-         Mənlik nə var ey...Rəis deyib, tapşırıb...

Bu ağır dərddən, qəm-qüssədən lap bərk xəstələnən kimi oldu. Neçə gün işə çıxmadı.

Arada  rəis də onların evinə, ona baş çəkməyə gəldi. Sərxoş əri ona kinli nəzərlə baxdı. Oğlu onu qınadı: "Yaxşı etməmisiniz də... O nə sözlərdi anama demisiniz?”

Bir həftədən  sonra o öz işinə qayıdanda, rəis otağına gəlib dedi:

-         Sən gedəndən bu otaq elə bağlıdı. Heç kimin bura  daxil olmasına imkan verməmişəm.

Elə sənin için... Bir də ki,  ehtiyatlanırlar... O qədər səs-küy qaldırmısan ki, hələ də

qorxurlar... "Ala-bula lentadan”...

         Rəis özü də öz sözlərinə gülə-gülə dedi:

-         Hava çox istidi,  bir stəkan sərin su ver içək.

Qadın hələ də onunla barışana oxşamırdı. İncik idi. Dedi:

-         Su içmək istəyirsənsə, götür iç də...

-         Bəs sən?..

-         Mən  baş mühasibəm, sənin katibən yox...

Rəis gülə-gülə, başını bulaya-bulaya yerindən qalxıb, soyuducuya tərəf getdi... Əlində

bir stəkan da vardı. Dedi:

-         Sənin  xoş ətrin mənim üçün əvəzsizdir.İnan ki, səni görmədiyim müddətdə elə

darıxmışam ki. Elə işçilər də...

-         ...

-         Gör neçə ildir ki, bir yerdə işləyirik...

-         ...

-         İyirmi il olar da...

Bu an rəis soyuducunun qapısını açdı. Sərin su olan qabı əlinə almaq istəyəndə, sanki barmağına iynə sancıldı... Bağırdı:

-         Of ...

-         ...

-         İlan!...

-         ...

-         Məni  ilan vurdu, çaldı!...

Qadın yerindən dik atılıb, soyuducunu  itələyərək aşırdı. Onun altından, cürümüş yerindən çıxan ilanın başını  ağacla vurub əzdi. Ba ağacı o neçə gün idi ki, burada ehtiyat saxlayırdı...

-         Təcili yardıma zəng zəng çalın!  Rəisi ilan vurdu!

Qorxunc həyəcanlı səslər eşidildi.

-         Yox a!...

-         İlan harada idi?!

-         Soyuducuda!...

-         Onda mühasib elə düz deyirmiş də!...

Təcili yardımın gəlməsini gözləməyib, rəisi elə öz maşını ilə  də dərhal xəstəxanaya

apardılar. İşçilər isə həyətdə bir yerədə cəm olmuş halda  başı əzilmiş ilana baxmaqda idilər:

-         Gör nə iridi...

-         Əsil gürzədi...

-         Zəhərli dişlərinə bax da...

-         Qoşadı... Bir cütdü...

-         Onları çıxartsan ziyansız olar.

-         Kafırdı...

-         Rədd eləyin...

-         Polis gələcək...

-         Qoy gəlib baxsınlar da...

Bu an Gülsüm  öz otağından çıxıb onlar tərəfə gəlməyə başladı. İşçilər onu görəndə 

sıxılan, utanan kimi oldular.

Nahidə dedi:

-         Gülsüm bacı, siz Allah bizi bağışlayın...

O, sakit halda pıçıldadı, gözləri doldu:

-         Sizlik nə var ki... Allah rəisə rəhm eləsin...

Sonra da  tez-tələsik xəstəxanaya yola düşdülər. Həkim onları görəndə, dedi:

-         İynə vurmuşuq. Görək də...Gülsüm hansınızdı?!..

-         Mən...- deyə qadın dilləndi.

-         Rəisiniz dedi ki, məni bağışlasın... Ölərəm, sonra gec olar ... Üzr istəyə bilmərəm...

Qadın başını bulaya-bulaya kövrəlmiş halda dedi:

-         Bu nə sözlərdi... Hanı o?!..

-         Buradadı..

Baş mühasib içəri girəndə, ona yaxınlaşıb sağ əlindən tutdu. Sol əli qanlı, şiş idi... İlan

çalmış əli idi. Şişmişdi...

Rəis onu görcək  elə kövrəldi ki, sanki uşaq tək  ağlayacaqdı. Soruşdu:

-         Həkim sizə bir söz demədi ki!

-         Dedi...

-         Siz Allah bağışlayın...

-         Sənlik burada nə var ki?

-         Çox şey...

Sonra isə  gözləri dolmuş halda dedi:

-         Əgər ölməsəm...İşə qayıda bilsəm...Qayıtsam  o soyuducunu  hökmən təzələcəyəm... Təzə sənin adına layiq bir soyuducu alacağam.

-         İnşallah... Səndə nə var ki... İynən vurulub... Bir-iki günə yaxşılaşarsan...

Ancaq hər şey əksinə oldu. Rəis bir daha iş yerinə qayıda  bilmədi...

Səhhəti korlandı... "Alabəzək lentanın” zəhəri çox təsirli olmuşdu... Bir də hədsiz peşimançılıq... İnsanı yaşadan şərəfli işi,  umiddi axı... Gərək  başqalarının işinə, söz-söhbətinə laqeyd olmayasan. Biganəlikdən, laqeyidlikdən böyük dərd yoxdur...


4049 oxunub

InvestAZ