XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



SAHİLDƏKİ DAN ÜZÜ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 11:43 / 03.10.2021
Dolaşdığım sahildə
Bir tənhalıq hoylanır...
Uzaqdan gözü nəmli -
Kədər mənə boylanır...
Ləpələrin nəfəsi
Ruhuma qəm çökdürür...
Dəniz mənə qoşulub -
İçin-için hönkürür...
Nə qağayı, nə də ki
Balıqçı dəymir gözə...
Yaşadığım bu təklik -
Sığışmır heç bir sözə...
Kabus kimi səssizcə
Təklik mənlə dolaşır ...
O, əl-ayağa deyil -
Ürəyimə bulaşır!..



2905 oxunub

InvestAZ