XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - YERİNDƏN
Ədəbiyyat 08:22 / 02.10.2021

(Dörd divar arasının 1-ci şeiri)
Başlayır de, axır hardan?
Qəmimdi yanaq suvardan!..
Şəklimi götür divardan -
Şeirimi sən as yerindən....
Dişini sən dişinə sıx
Dünənindən gözünü yığ...
Ürəyini çırparaq çıx -
Bax, dönəndə yas yerindən!..
Sevincin ki, çıxır daşdan
Kirpiyini ayır yaşdan...
Başla bu sevgini başdan -
Özünə ən xas yerindən!
Əbülfət Əliyev


3922 oxunub

InvestAZ