XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Fransada Azərbaycan və erməni bayrağı davası - Video
DÜNYA 18:34 / 01.10.2021

Sentyabrın 30-da Avropa Liqasının ikinci turu çərçivəsində keçirilən "Marsel”-"Qalatasaray” görüşü fanatların toqquşması səbəbindən 38-ci dəqiqədə dayandırılıb.

Yenisəs.az Axar.az-a  istinadla  xəbər verir ki, toqquşma zamanı hər iki tərəfin azarkeşləri bir-birilərinə fişəng atıblar.

Hadisəyə müdaxilə edən polis gözyaşardıcı qazdan istifadə edib.

İnsidentə səbəb isə fransız azarkeşlərin tribunada PKK və Ermənistan bayraqlarını qaldırmalı olub.

Türk azarkeşlər isə Azərbaycan bayrağı dalğalandırıblar.

Polis şübhəli bilinən 5 nəfəri saxlayıb. Saxlanılanlardan üçü "Qalatasaray”, digər ikisi isə "Marsel”in azarkeşidir.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb.




1457 oxunub

InvestAZ