XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Polis şöbəsində arvadını güllələdi...
KRİMİNAL 10:29 / 30.09.2021

Bu gün səhər saatlarında  Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl törədilib.

Yenisəs.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


1784 oxunub

InvestAZ