XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - VAXTI...
Ədəbiyyat 09:04 / 30.09.2021

Döyülmüş uşaq oluram
Könlümün təklənən vaxtı...
Sudan da yumşaq oluram -
Şumlanıb, ləklənən vaxtı...
Qar tarlamış dağ oluram,
Çəpərlənmiş bağ oluram...
Allaha da ağ oluram -
Dünyadan şəklənən vaxtı...
Qəm yaxamı verib ələ,
Xatirələr ruha tələ...
Olmayıb yolumun hələ -
Hardasa bəklənən vaxtı...
Trabzon

3748 oxunub

InvestAZ