XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Azərbaycanla Belarus hərbi kadr hazırlığını müzakirə edib
SİYASƏT 15:02 / 29.09.2021

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən yenises.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan Ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.


36879 oxunub

InvestAZ