XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Avtomobil 15 yaşlı qızları vurdu
KRİMİNAL 09:10 / 26.09.2021

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıbTbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı, 2006-cı il təvəllüdlü Sofiyeva Ləman Əhməd qızını vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı  araşdırılır.


2126 oxunub

InvestAZ