XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - BİR AZ...
Ədəbiyyat 22:03 / 25.09.2021
BİR AZ...
Gün özü də adi bir şam
Onda nur var, onda yaşam!
Fərqi bəlli səhər, axşam -
Bir az, bir az...
Ötən anın ruhu qəmsə
Yanaq islaq, kirpik nəmsə...
Payla , səndə ümid cəmsə -
Bir az, bir az...
Gəzə gəzə gözüm gözü
Söykəyirəm közə - közə!
Onda mənəm, məndə özü -
Bir az, bir az...
Mən də hər gün yığışıram...
Vaxta görə sıxışıram!
Bu dünyaya sığışıram -
Bir az... bir az!..

1993 oxunub

InvestAZ