XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Qarabağa göndərilən Anaşkin kimdir?
HÜQUQ 11:36 / 25.09.2021

İrəvanda Ermənistan və Rusiya Müdafiə Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, görüş zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandiri təyin edilib. Bu yaxınlarda missiyasını başa vurub, bundan sonra qısa müddətdə general-mayor Mixail Kosobokovla əvəz olunub.

İndi onun yerinə Gennadi Anaşkin keçir.

Gennadi Anaşkin 1968 -ci ildə Kuybışevdə (indiki Samara) anadan olub. Almaniyada hərbi xidmət keçib. Daha sonra Ryazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib.
1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər keçmiş Yuqoslaviyada xidmət edib, burada Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant taboruna komandanlıq edib.

Birinci və ikinci Çeçen müharibələrində Çeçenistana ezam edilib. 2007-ci ilin iyun ayından 104 -cü Qvardiya Hava Desant Alayının komandanı olub.

Anaşkinin komandanlığı altında olan qrup 2008 -ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.


2098 oxunub

InvestAZ