XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA
HÜQUQ 20:20 / 24.09.2021

Sosial şəbəkələrdə polis əməkdaşının məhkəmə qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutması ilə bağlı ziddiyyətli fikirlər yayılıb. İddia olunur ki, hətta hüquq mühafizə orqanları əməkdaşları məhkəmə qərarı olmadan cinayət törətmiş şəxsi saxlaya bilməz. Əslində, bu proses necə həyata keçirilə bilər və polis hansı halda cinayət törətmiş şəxsi tuta bilər?

Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, polis əməkdaşı məhkəmənin qərarı olmadan istisna hallarda hər hansı şəxsi təxirəsalınmadan tuta bilər: ""Polis haqqında” Qanuna görə, şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda təxirəsalınmadan polis onu tuta bilər".

E.Hacıyev əlavə edib ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.


1518 oxunub

InvestAZ