XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Vahid ƏLİFOĞLU : - YANINDA
Ədəbiyyat 08:34 / 21.09.2021
Qismətdi, ələmli durub,
Boynu buruq, qəmli durub.
Yüz əli qələmli durub,
Çatdığım sözün yanında.
Çıx yola, güman nə gəzir,
Aranda duman nə gəzir.
Ay dəli, saman nə gəzir,
Batdığım sözün yanında.
Hardadı mətin şairlər,
Çörəyi çətin şairlər.
Asıldı yetim şairlər,
Satdığım sözün yanında.
Aç toru, lələ, heç nədi,
Axsağa tələ heç nədi.
Dediyim hələ heç nədi,
Udduğum sözün yanında...

Qəlbi Qarabağ dərdiylə sızlaya-sızlaya dünyadan köçən, özünü "və sair şairlərdən" hesab edən Vahid Əlifoğluna Allah rəhmət eləsin!

2961 oxunub

InvestAZ