XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



BAŞINA DÖNÜM - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 10:07 / 17.09.2021
Mənim içimdəki nə kin, nə küdrət
Nə də ki, hikkəmdi, başına dönüm!
Bəlkə də bu mənim son hay, harayım -
Sonuncu cikgəmdi, başına dönüm...
Yellənçək qurubdu, ünüm havada
Yellənir hər anım, günüm havada...
Mənim pozulmayan dinim havada -
Son ümid sikgəmdi, başına dönüm...
Əbülfət olmağın cəzası ağır
Dörd yandan üstümə qəm, kədər yağır...
İstər sükuta dal, istərsə bağır -
Bitən son tikəmdi, başına dönüm!

1911 oxunub

InvestAZ